İnformasiya prosesləri və onların
avtomatlaşdırılması
İnformasiya
proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və
istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın
toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə
aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən,
avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə
yetirilir.
İnformasiyanın
ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə
ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən,
avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi
məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın
məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə
kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir.