İnformasiya prosesləri və onların
avtomatlaşdırılması
İnformasiya
proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və
istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın
toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə
aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən,
avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə
yetirilir.
İnformasiyanın
ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə
ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən,
avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi
məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın
məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə
kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir.
Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.
Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.
İnformasiyanın saxlanması. İnformasiya
emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı
kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə
isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və emalı yuxarıda
deyildiyi kimi, adi halda insan
tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır.
İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir.
Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə
olunur.
İnformasiyanın
emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır.
Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə
adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.)
mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Son illərdə “Kompyuter
texnologiyası” və “İnformasiya texnologiyası” terminlərindən də geniş istifadə
olunur.
“Texnologiya” yunan sözü olub (techne
(bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal
proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər
toplusu deməkdir.
İnformasiya texnologiyası –
informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək,
onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın
toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını
təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və
texniki-proqram vasitələri toplusudur.
Bütün
texnologiya növləri içərisində informasiya texnologiyası “insan amilinə” çox
yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və
s.).
İnformasiya sistemləri – İnformasiya
sistemi kompyuterlərdən, kompyuter
şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan,
müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.
Hiç yorum yok:
Yorum Gönder