13 Mart 2017 Pazartesi

İnformasiya prosesləri və onların avtomatlaşdırılması

İnformasiya prosesləri və onların avtomatlaşdırılması



İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir.

İnformatika elmi İnformatika

İnformatika elmi İnformatika- yeni informasiya sənayesi olub, fərdi kompyuterlər və İnternet şəbəkəsinin istifadəsinə əsaslanır. Yeni minillikdə insanların fəaliyyəti ilə bağlı olan informasiyaların əksəriyyəti EHM-in yaddaşında saxlanılacaq. EHM(Elektron hesablama maşınları) 20-ci əsrin ən böyük kəşflərindən biridir. Xaricdə bir az sonra isə bizdə hesablama maşınları kompyuter adlandırıldı. Kompyuterlərdən müxtəlif informasiyaların toplanması, ötürülməsi və emalı üçün istifadə olunur. İnsan cəmiyyətində informasiyanın ötürülməsi və toplanması üçün yeni alət İnternet şəbəkəsi yaradıldı. İnformatika (ingiliscə